"İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Cümhuriyyətə gedən yol” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, elmi konfrans Rusiyada Fevral inqilabının, Qafqaz və Ümumrusiya müsəlmanları qurultaylarının 100 illiyinə və Bakının azad olunmasının 99 illiyinə həsr olunub.
Tədbirdə konfransın elmi əhəmiyyətindən danışılıb və bildirilib ki, baş verən hadisələrdən bir əsrlik zaman ötməsinə baxmayaraq gənc nəslin bunları bilməsi olduqca vacibdir. Qeyd edilib ki, bu səbəbdən də dinləniləcək məruzələr kitab şəklində çap edilərək təhsil müəssisələrinə paylanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB