“Suyun forması” dramı Venesiya Kino Festivalının ən yaxşı filmi sayılıb

Lido adasında 74-cü Venesiya Kino Festivalı başa çatıb. Meksika rejissoru Gilyermo del Toronun “Suyun forması” filmi festivalın baş mükafatına – “Qızıl şir” mükafatına layiq görülüb. Əsas müsabiqədə mükafat uğrunda 21 film mübarizə aparıb.

“Time” nəşri xəbər verir ki, “Gümüş şir” mükafatı və ikinci yer “Qəyyum” filminə görə Fransa rejissoru Ksavye Leqrana təqdim edilib. Bu film ən yaxşı debüt filmi kimi “Gələcəyin şiri” mükafatına da layiq görülüb. Ən yaxşı kişi roluna görə Kamel El Başa (“Təhqir” ), ən yaxşı qadın roluna görə Şarlotta Remplinq (“Hanna”) mükafatlandırılıblar. Çarli Plammerə ən yaxşı gənc aktyor kimi ayrıca Marçello Mastroyanni mükafatı təqdim edilib.

Uorik Torntonun “Sevimli ölkə” (Avstraliya) filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə