“İki qəlbin dastanı” musiqi axşamı təşkil ediləcək

“İki qəlbin dastanı” musiqi axşamı təşkil ediləcək

Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “İki qəlbin dastanı” adlı kamera musiqi axşamı təşkil ediləcək. SİA-nın məlumatına görə, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının klassik və müasir musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə