Bu gün Tatarıstan Respublikasının paytaxtında XIII Kazan Beynəlxalq Müsəlman Kino Festivalı başlayır. SİA-nın məlumatına görə, sentyabrın 11-dək davam edəcək festivalın ideyası sülhməramlılıq, dini tolerantlıq və dözümlülükdür.
Ölkəmizin də təmsil olunduğu müsabiqənin şort-listinə 27 ölkədən 60 film daxildir. Müsabiqə proqramı tammetrajlı və qısametrajlı (bədii və sənədli) filmlərə bölünür.
Azərbaycan film festivalına İranla birgə istehsalı olan "Səs" qısametrajlı bədii filmini təqdim edəcək. Azərbaycan dilində olan filmin çəkilişləri İranda aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB