“Valya” ekranlarda

“YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Aleksandra Brodskinin “Valya” adlı filmi nümayiş olunub. SİA-nın məlumatına görə, xronometrajı 18 dəqiqə olan ekran əsəri Rusiyanın ucqar və dağılmış kəndində yaşayan 65 yaşlı bir insanın-Valyanın həyatından bəhs edir.

Onun həyatı isə gedib-gəlməkdən və alkoqolizmdən əziyyət çəkən oğlu Petya və yeniyetmə nəvəsi Dimaya qulluq etməkdən ibarətdir. Valyanın gənclik dostu Qrişanın kəndə gəlişi - xanım qəhrəmana ötən günləri, onun həyatında olan xoşbəxt anları xatırladır. Filmin nümayişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə