Neftçilərin peşə bayramı günlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin əməkçiləri qurumun müəssisə və idarələrində abadlıq işləri görüb, Sumqayıtın mikrorayon və məhəllələrində iməciliklər keçiribər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kimyaçılar şəhərin əhalisi sıx olan ərazilərdə geniş təmizlik işləri keçirməklə yanaşı, uşaqların istirahəti üçün nəzərdə tutulan 2 əyləncə mərkəzini də təmir ediblər. Burada sıradan çıxan oyun vasitələri, yelləncəklər təmir edilib, ətraf sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Görülən işlər Sumqayıtın kiçik yaşlı sakinlərinə böyük sevinc bəxş edib. Valideynlər körpələrin xoş və rahat əyləncəsi üçün yaradılan şəraitə görə kimyaçılar kollektivinə öz dərin minnətdarlıqlarını bildirib. Kimyaçılar şəhəri olan Sumqayıtın abadlaşdırılması və yaşıllaşdırılması, həmçinin uşaq şəhərcik və meydançalarının təmir edilərək, yararlı vəziyyətə gətirilməsi işində kimyaçılar bundan sonra da fəal iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB