Əbülfəs Qarayev: “4-5 il ərzində Azərbaycanda olan bütün kitab fondu müasir rəqəmsal daşıyıcılara keçiriləcək”

Əbülfəs Qarayev: “4-5 il ərzində Azərbaycanda olan bütün kitab fondu müasir rəqəmsal daşıyıcılara keçiriləcək”
Hazırda bizim kitabların daxilində yenidənqurma işləri gedir. SİA-nın məlumatına bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, əsas məqsəd M.F.Axundov adına Milli Kitabxananın yenidən qurulmasıdır.

Nazir onu da qeyd edib ki, respublikanın artıq 14 rayonda müasir kitabxana-informasiya mərkəzləri yaradılıb, kitabxana şəbəkəsinin vahid internet və informasiya şəbəkəsinə daxil olması üçün böyük işlər görülür: "Arzumuz odur ki, növbəti 4-5 il ərzində Azərbaycanda olan bütün kitab fondu müasir rəqəmsal daşıyıcılara keçirilsin, eyni zamanda Azərbaycanın bütün mərkəzi rayon - şəbəkə kitabxanaları milli kitabxanamızla və sahə kitabxanaları ilə vahid şəbəkəyə daxil olsun. Xüsusi kitablar istisna olmaqla hər bir Azərbaycan küçəsində internet vasitəsi ilə kitabxana üzrə şöbəyə daxil olaraq istədikləri kitab haqqında məlumatları əldə edə bilsinlər. Bu məqsədlə təkliflər hazırlayırıq".

Ə. Qarayev bu layihənin gələn ilin büdcəsi hesabına həyata keçiriləcəyini də əlavə edib.

Bəzən bizi günahlandırırlar ki, haradasa kitabxana bağlandı, haradasa kitabxana kiminsə əlinə keçdi. Biz kitabxanaların kiminsə əlinə keçməsinə imkan vermirik və verməyəcəyik deyən nazir: "Lakin elə yerlər var ki, bir küçədə üç kitabxana yerləşir, onların fondları tamam deyil, eləcə də onların işi bir-birini tamamlamır. Bir küçədə üç kitabxana saxlamağa zərurət də yoxdur. Bu yolla dövlət büdcəsinə də qənaət edilir: "Biz dövlət büdcəsinə də qənaət etməliyik. Kitabxanalarda işin təşkilini daha yüksək formada qurmalı, insanların əmək haqlarının artırılması üçün maliyyə imkanlarını araşdırmalıyıq. Ona görə də bu cür hallara təəccüblənmək lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə