Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən istirahət mərkəzlərində tədbirlər davam etdirilir

Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən istirahət mərkəzlərində tədbirlər davam etdirilir

Yay turizm mövsümü ilə əlaqədar olaraq Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələri tərəfindən tədbirlər planına uyğun olaraq rayonun istirahət mərkəzlərində turistlər üçün əyləncəli proqramların, konsertlərin keçirilməsi davam etdirilir. SİA-nın məlumatına görə, növbəti tədbir Lənkəran şəhərində "Palıdlı sahil" istirahət mərkəzində təşkil edilib. Gecədə Q.Vəliyev adına Lənkəran Mədəniyyət Mərkəzindən Elgün Əlizadə, rəqqas Elnarə Ağayevanın ifasında rəngarəng musiqilər və rəqs nömrələri səsələnib, Tatoba kənd sənətkarlıq klubunun özfəaliyyət kopllektivinin hazırladığı maraqlı səhnəcikləri, mədəniyyət işçisi Cəfər Fətullayevin hazırladığı viktorinalar, musabiqələr tamaşaçılarda xoş əhval-ruhiyyə yaratmış, onların böyük marağına səbəb olub. Konsert istirahət mərkəzində qonaq olan turistlər tərəfindən yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə