“Mədəniyyət naminə elm”adlı layihə çərçivəsində növbəti elmi seminar FOTOLAR
5 iyul 2017–ci il tarixində Nəriman Nərimanovun xatirə muzeyində, həmin muzeyin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı növbəti elmi seminar baş tutmuşdur.
Seminarda Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və əməkdaşları ilə yanaşı muzeyin direktoru Kamilə Hüseynova, “Rəy” Monitoring Mərkəzinin direktoru Rizvan Abasov, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov iştirak etmişlər.
Mərkəzin elmi katibi Hüseyn İbrahimov seminarı açaraq sözü gənc məruzəçilərə vermişdir.
Təbliğat və statistik araşdırmalar şöbəsinin metodisti Ceyhun Əhmədov “Turizm bələdçiləri üçün qeyri-verbal ünsiyyət problemi” adlı məruzəsində qeyri- verbal ünsiyyətin mahiyyəti və ekskursiya rəhbərləri üçün tətbiqindən danışmışdır.
İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin metodisti Vüsalə Bəşirova “Azərbaycanda turizm xidmətlərinin keyfiyyəti” adlı çıxışında ölkəmizdə turizm sahəsində olan problemlərdən və onların həlli yollarından bəhs etmişdir.
Mədəniyyət təsissatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Nadir Məmmədov “Azrəbaycanda turizm potensialının inkişafı yolları” adlı məruzədə regionlarda tarixi-mədəni abidələrin turizm potensialından söhbət açmışdır.
Daha sonra Mərkəzin direktoru A.Usubəliyev muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirib qeyd etmişdir ki, layihənin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönləndirmək və mövcud sahədə çalışan əməkdaşların hazırlıq dərəcəsinin artırılmasından ibarətdir.
Sonda seminar iştirakçıları üçün muzeydə ekskursiya təşkil olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB