Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görüş keçirilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun Prezidenti Günay Əfəndiyeva Türk Dünyası Qazetəcilər Federasiyasının genel başqanı Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə D.Menderes Türk Dünyası Qazetəcilər Federasiyasının fəaliyyətindən, eləcə də Azərbaycan-Türkiyə dostluğu çərçivəsində görülmüş işlərdən söz açmışdır. D.Menderes eyni zamanda, Türk dünyası ilə bağlı Federasiya tərəfindən planlaşdırılmış tədbirləri, o cümlədən Amasya Universitetinin də dəstəyilə “Türk Dünyası Sənədli Film Festivalı”, “Qorqud Ata Aşıqlar Karvanı” layihələri barədə məlumat vermiş, onların reallaşdırılmasının əhəmiyyətindən bəhs edib.

G.Əfəndiyeva belə layihələrin ümumtürk mədəni irsinin mühafizəsi, təşviqi və dünyaya tanıdılması və bütövlükdə Türk dünyasının birliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Fondun Federasiya ilə əməkdaşlığa dair dəstəyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə