Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyulun 23-də Londonda “St Mary's” (Perivale) kilsəsində təşkil ediləcək F.Şubert gecəsində konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, C.Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. C.Əliyev cari ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB