Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Dram Teatrında olub. SİA-nın məlumatına görə, teatrın baş inzibatçısı Namiq Ağayev və ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev hörmətli qonağı kollektivin yaradıcılıq uğurları və qarşıdakı planları barədə məlumatlandırıblar. Bildirilib ki, iki il öncə teatr qazandığı uğurlara görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Aparıcı teatr” statusuna layiq görülüb və nəticə etibarı ilə işçilərin əmək haqqı 25 faizdən çox artırılıb. Yaradıcı kollektiv son dövrlərdə nüfuzlu sənət yarışmalarında, o cümlədən Şəkidə keçirilən I Beynəlxalq Teatr Festivalında, İranın Tehran şəhərində keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında iştirak etməklə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Məlumat verilib ki, Lənkəran teatrı cari ildə qonşu İran İslam Respublikasına və Qazaxıstana qastrol səfərlərinə getməyi planlaşdırıb. Hazırda teatrda paralel olaraq bir neçə səhnə əsərinin məşqləri aparılır.
Səfir Podrigo Labardini Meksika-Azərbaycan münasibətlərində mədəni əlaqələrin vacib rolunu qeyd edib. O, teatrın foyesində asılmış foto-sərgilərlə tanış olub, ayrılarkən yaradıcı kollektivə çətin və şərəfli fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB