Ustad dərsləri təşkil edilir FOTOLAR

Ustad dərsləri təşkil edilir FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir. SİA-nın məlumatına görə, 2015-2016-cı illərdə Bakı, Lənkəran, Sumqayıt, Ağcabədi, Biləsuvar, Xırdalan, Quba, Şamaxı, Şirvan, Şəki, Zaqatala şəhərlərində Lənkəran, Sumqayıt, Şəki, Şirvan şəhər, Abşeron, Xızı, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Zərdab, Laçın, Xocavənd, Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Hacıqabul, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad, Neftçala, Salyan, Oğuz, Qəbələ, Balakən, Qax, Zaqatala rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança, saz, qarmon, xanəndəlik, musiqi nəzəriyyəsi, xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib.

Bu işin davamı olaraq, 2017-ci il 2 iyun tarixində Sumqayıt şəhərində Xızı, Qubadlı rayon və Sumqayıt şəhər, Abşeron rayonunun Xırdalan şəhərində Abşeron, Şuşa və Zəngilan rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança və musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri keçirilmişdir. Ustad dərslərini Bakı şəhər R.Behbudov adına 2, Niyazi adına 22, G.Şaroyev adına 35 nömrəli və Abşeron rayon Xırdalan şəhər uşaq və onbirillik musiqi məktəblərinin təcrübəli müəllimləri aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə