Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Edvard Tvoxiq 1969-ci ildə İrlandiyada anadan olub. O, Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb. Daha sonra isə Çelsi İncəsənət Kollecində qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşmışdır, burada o, Britaniya Şurasından təqaüd alan ilk İrlandiyalı tələbə olub.
Hal-hazırda o, rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecində rəhbərlik edir. Edvard Tvoxiq Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, həmçinin Banksayd Qalereyasının hamisidir.
Tvoxiq ingilis yazıçısı, rəssam və ictimai mütəffəkir C.Raskinin: “Siz incəsənətin nəyi əks etdirdiyini sevməsəniz, heç vaxt onu dərindən sevə bilmərsiniz” fikrinə inanır. Rəssam əsərlərini təbiətdən ilhamlanaraq bilavasitə naturadan yaradır. Daha sonra yadında qalan nüanslar əsasında kompozisiyalarını tamamlayır. O, təbiətin gözəllikliyini rəsm, fotoqrafiya, xüsusən də rəssamın xətt ustalığını göstərən quru iynə texnikasında təcəssüm etdirir. Bleyk, Ravilious və Semuel Palmerin təsirinin duyulduğu bu qravüralar ingilis pastoral ənənəsinə mühüm töhfədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB