Moskvada Müslüm Maqomayev adına 1-ci Beynəlxalq vokal müsabiqəsi keçiriləcəkdir
Oktyabrın 23-24-də Moskvanın "Krokus Siti Holl" konsert zalında Müslüm Maqomayev adına 1-ci Beynəlxalq vokal müsabiqəsi keçiriləcəkdir. Müsabiqə zəmanəmizin dahi müğənnilərindən biri, soydaşımız Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilib.
SİA-nın məlumatına görə, Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondundan bildirmişlər ki, müsabiqənin məqsədi milli musiqi mədəniyyəti ənənələrinin davam etdirilməsi, istedadlı vokalçılara dəstək göstərilməsidir. Müsabiqənin şərtlərinə görə, müxtəlif ölkələrin iştirakçıları həm klassik, həm də müasir repertuardan nümunələr təqdim etməlidirlər.
İfaçıları simfonik orkestr müşayiət edəcəkdir. Müsabiqə iştirakçıları xarici və yerli impresariolara, səsyazma şirkətlərinə, vokal klassikası və estrada sənəti peşəkarlarına istedadlarını nümayiş etdirmək imkanı verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB