Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 4 yeni tamaşa təqdim edəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bunlar Uilyam Şekspirin "Romeo və Cülyetta", Tamara Vəliyevanın "Mənim ağ göyərçinim", Əli Əmirlinin "Sən məni sevirsən" və xalq yazıçısı Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşalarıdır. Hər 4 tamaşanın rejissoru xalq artisti Cənnət Səlimovadır.
Məlumat üçün bildirək ki,"Mənim ağ göyərçinim" tamaşası 2000-ci ildə Gənc Tamaşaçılar Teatrında əməkdar artist Loğman Kərimov tərəfindən hazırlanıb və böyük uğurla nümayiş olunub. Həmin vaxt tamaşada xalq artistləri Gülşən Qurbanova, Solmaz Qurbanova, əməkdar artist Naibə Allahverdiyeva, Rafiq Hüseynov, baş rolları isə Vüsalə Məmmədova və Elnur Hüseynov ifa edib. Lakin Gülşən Qurbanovanın vəfatından sonra tamaşa bir daha nümayiş olunmayıb. Bu mövsümdən isə "Mənim ağ göyərçinim" tamaşası Cənnət Səlimovanın quruluşunda oynanılacaq və əsərdə bəzi dəyişikliklər olacaq. Bütün tamaşaların məşqlərinə artıq başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB