“Arşın mal alan” mövsümün açılışını edəcək

“Arşın mal alan” mövsümün açılışını edəcək
Sentyabrın 19-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümünü açıq elan edəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 18-i - Milli Musiqi Günü və dahi Üzeyir Hacıbəyovun doğum günü münasibətilə həmin gün bəstəkarın "Arşın mal alan" əsəri nümayiş olunacaq ki, bu tamaşa ilə mövsümün açılşına start veriləcək.

Tamaşanın rejissoru Elvin Mirzəyevdir. Rollarda Anar Şuşalı, Nərgiz Kərimova, Əzizağa Əzizov, Xanım Qafarova, Əkbər Əlizadə və başqaları iştirak edir.

Qeyd edək ki, Musiqili Komediya Teatrında "Arşın mal alan"a ilk dəfə Şəmsi Bədəlbəyli quruluş verib. Elvin Mirzəyev isə 2008-ci ildə yeni quruluşda səhnələşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə