Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş musiqi festivalı təşkil olunacaq

Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş musiqi festivalı təşkil olunacaq

İyunun 2-də Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş musiqi festivalına start veriləcək. SİA-nın məlumatına görə, iyunun 5-dək davam edəcək festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində, Dövlət Filarmoniyasında və Bəstəkarlar İttifaqının konsert zalında silsilə tədbirlər keçiriləcək.

Bu tədbirlərdə bəstəkarın əsərləri səsləndiriləcək, onun yaradıcılığından bəhs edən elmi-konfrans təşkil olunacaq və sənətkara həsr edilmiş film nümayiş ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə