Uşaq kitablarından ibarət sərgi nümayiş etdirilib

Uşaq kitablarından ibarət sərgi nümayiş etdirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin 12 saylı filialının əməkdaşları uşaq kitablarından ibarət sərgi nümayiş etdiriblər. Tədbirdə kitab oxumağın və mütaliəyə marağın artırılması haqqında söhbət aparıblar. Kitabxanadan SİA-ya bildirilib ki, sərgi 75 nömrəli tam orta məktəbin hazırlıq sinifinin şagirdlərinə həsr olunub. Məktəbəqədər uşaqlara mütaliə etmək və kitabxanalardan istifadə edilməsi haqqında tövsiyələr verilib.

Sərgidəki kitablar balacaların diqqətini cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə