Nazir: "Bakı Şopinq Festivalının keçirilməsinə 700 min manat xərclənib"
Bu gün Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, nəticələr haqda danışıb: "Bakı Şopinq Festivalının keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Büdcəyə isə 5,6 milyon manat vəsait daxil olub. Festivalın keçirilməsi ilk növbədə iqtisadi amillərlə bağlıdır. Festivalın keçirilməsi haqqında qısa müddətdə qərar verildi və hazırlıq işlərinə başlanıldı. Müvafiq dövlət orqanlarının səylərinin nəticəsində bu festival yüksək səviyyədə baş tutdu. Biz ehtimal edirik ki, bu ilin axırına qədər bütün festivalların keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon vəsaitin daxil olmasına nail olunacaq. Festivaldan 98 faiz iştirakçı məmnun qalıb. Festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrildi. Eyni zamanda sosial şəbəkələrdə böyük marağın şahidi olduq. Növbəti festival üçün bu gündən etibarən hazırlıqlara başlanacaq.
Qeyd edək ki, Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon 167 min 892 manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB