M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova, Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Milli Kitabxananın direktoru Kərim Tahirov ilə Frankfurt Mayn Alman-Polşa Cəmiyyətinin üzvləri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı Frankfurt Mayn Alman-Polşa Cəmiyyətinin üzvləri ilə ümumi tanışlıqdan sonra Azərbaycan, onun mədəniyyət və turizm siyasətinə dair video-təqdimat nümayiş etdirilib. Daha sonra Azərbaycanın milli turizm və mədəniyyət siyasəti, o cümlədən mədəniyyət sərvətləri, mədəniyyət müəssisələri, turizm potensialı və müvafiq infrastruktur, ölkəmizə səfər edən turistlərin sayına dair statistik məlumat, milli mədəniyyət və turizm siyasətindəki yeniliklər, həyata keçirilən islahatlar, digər ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq, həmçinin Milli Kitabxananın tarixi və fəaliyyəti barədə danışılıb.
Azərbaycan-Ermənistan, Dağlıq münaqişəsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən mədəniyyət sərvətlərinin dağıdılması və məhvi haqqında məlumat verilib.
Sonda qonaqların çoxsaylı sualları cavablandırılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB