Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb. SİA-nın məlumatına görə, xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması Festivalın əsas məqsədləridir. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanları Final mərhələsi üçün Bakı şəhərinə dəvət edilməsi məqsədilə münsiflər heyəti, Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədov (sədr), İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimov, Gəncə Dövlət Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnarə Hacıyeva regionlara ezam edilib.
Festivalının növbəti seçim mərhələsi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində (İsmayıllı rayonu) keçirilmişdir. Tədbirdə İsmayıllı, Şəki və Ağdaş regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan xalq teatr kollektivləri iştirak etmişdir. İsmayıllı Xalq Teatrı – "Acı tale", İsmayıl bəy Qutqaşınlı adına Qəbələ rayon Xalq Teatrı – "Gəl qohum olaq", Ağdaş Xalq Teatrı – "Layla", Qax Xalq Teatrı – "Ər və arvad", Zaqatala Xalq Teatrı – "Vicdanın hökmü", Şəki Xalq Teatrı – "Məhv olmuş gündəliklər" , Göyçay Xalq Teatrı – "Ağlıı oğlan", İsmayıllı Kukla Xalq Teatrı "Çoban" tamaşaları münsiflər heyəti və tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.
Festivalda şəhər (rayon) mədəniyyət mərkəzlərində (filialları ilə birlikdə) fəaliyyət göstərən əməkdaşlardan, həmçinin ayrı-ayrı sahələrdə çalışan insanlardan təşkil edilmiş həvəskar teatr kollektivlərindən ibarət olan xalq teatrları tamaşalarında Ü.Hacıbəyov, İ.Əfəndiyev, İ.Məlikzadə, H.Mirələmov və s. kimi görkəmli ədib, dramaturq və bəstəkarların əsərlərini peşəkarlıqla səhnələşdirilmişdir. Faciə, komediya, musiqili tamaşa, kukla teatrı və s. kimi ən müxtəlif janrlarda təqdim edilən tamaşalar xalq yaradıcılığının inkişaf etdirilməsi, qeyri-maddi mədəni irsimizin təbliği, əhalinin asudə vaxtının səmərəli təşkilində xalq teatrlarının mühüm roluna bariz nümunədir.
.jpg)

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB