“İslam Azərbaycan Teatr Mədəniyyəti Kontekstində” SƏRGİ-FOTOLAR

“İslam Azərbaycan Teatr Mədəniyyəti Kontekstində” SƏRGİ-FOTOLAR

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ölkəmizdə keçirilən IV Islam Həmrəyliyi Oyunlarına həsr olunmuş "İslam Azərbaycan Teatr Mədəniyyəti Kontekstində" adlı sərginin açılışı olub. SİA-nın məlumatına görə, təqdim olunan bu sərgidə Azərbaycanın dəyərli teatr rəssamlarından Əzim Əzimzadənin, Bədurə Əfqanlının, Fyodor Qusakın, Mikayıl Abdullayevin, Ənvər Almaszadənin, Kazım Kazımzadənin, Toğrul Nərimanbəyovun, Elçin Aslanovun (E.Aslan-Muxtar) şərq və islam elementlərini əks etdirən dekorasiya və geyim eskizləri nümayiş olunub.

Sərginin açılışında Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyəti, muzey əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə