“Eurovision-2017”nin ikinci yarımfinalı başlayıb

“Eurovision-2017”nin ikinci yarımfinalı başlayıb

Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir. SİA-nın məlumatına görə, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Hollandiya, Macarıstan, Danimarka, İrlandiya, San-Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrail nümayəndələri çıxış edirlər.

Xatırladaq ki, Azərbaycanı "Eurovision-2017" mahnı müsabiqəsində "Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə