Bildiyiniz kimi, sabah "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi baş tutacaq. Bununla bağlı olaraq paytaxtımıza turistlərin sayı artmaqdadır. Bu məqam da ortaya maraqlı sual çıxır: Bakıya təşrif buyuran əcnəbi vətəndaşlar Azərbaycanın gözəlliyi, təbiəti, turist məkanları, mətbəxi ilə yanaşı tariximizlə də maraqlanırlarmı? Bunu aydınlaşdırmaq üçün SİA olaraq paytaxtımızda fəaliyyət göstərən muzeylərlə əlaqə saxladıq.
Muzeylərin nümayəndələrindən verilən cavabları təqdim edirik:
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul: "Bildiyiniz kimi, Azərbaycanda günü-gündən turistlərin sayı çoxalır. Azərbaycan Xalça Muzeyinə də hər gün əcnəbi vətəndaşlar gəlir. Bura gələn turistlərin axını yüksəkdir. Turistlər Azərbaycan Xalça Muzeyində olan xalçalara böyük maraqla baxırlar. Azərbaycanın xalçaçılıq sənətini dərindən öyrənməyə çalışırlar. Bu da bizi çox sevindirir".

Milli Azərbaycan Tarix Muzeyinin mətbuat katibi Emin Dadaşov: "Azərbaycana təşrif buyuran turistlər digər məkanları gəzdikləri kimi Milli Azərbaycan Tarix Muzeyini də unutmurlar. Onlar bura gəlir, tariximizdə baş verən hadisələrlə maraqlanır, o dövrlərdən qalma əşyalara maraqla baxırlar".

Azərbaycan İstiqlal Muzeyinin mətbuat katibi Nigar Qazızadə: "Bu gündən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına aid sərgi keçirdirik. Muzeyimizə gələn turistləri də həmin sərgiyə baxmağa dəvət edirik. Onu da xüsusi ilə diqqətinizə çatdırım ki, Azərbaycan İstiqlal Muzeyi gücləndirilmiş iş rejimində çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB