Kolumbiya və Azərbaycan şairlərinin şeirlər toplusu kitabı işıq üzü gördü
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Kolumbiyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan, Kolumbiya və Azərbaycan şairlərinin şeirlər toplusu – "İyirmi şeir" kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, Kolumbiya Milli Nəşriyyatında ərsəyə gəlmiş kitaba Nizami Gəncəvi, İmadəddin Nəsimi, müasirlərimizdən Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Məmməd Araz və başqa şairlərimizin şeirləri daxil edilib.
Şeirlər ispan dilinə Ramizə Həsənova, Azərbaycan dilinə isə Emin Ələsgərov tərəfindən tərcümə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB