“Bakı poeziyada və musiqidə” mövzusunda ədəbi-musiqili tədbir keçirilib

“Bakı poeziyada və musiqidə” mövzusunda ədəbi-musiqili tədbir keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar, Bakı şəhəri orta məktəbləri ilə "Bakı poeziyada və musiqidə" mövzusunda ədəbi-musiqili tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Nizami Muzeyi ilə "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı həyata keçirilib.

AMEA Niazami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin həyat yolu, müstəqillik yolundakı fəaliyyəti haqqında geniş məlumat verərək məktəblilərlə hər il təşkil olunan belə tədbirlərin, yetişən nəslin bədii istedad və bacarıqlarının təbliğindəki rolunu vurğulayıb.

Tədbirdə N.Nərimanov rayonunun 200, 212 saylı orta məktəbləri, Xırdalan, Binəqədi rayonunun 1, 284 saylı məktəbləri, həmçinin, A.Zeynallı adına musiqi kollecinin tələbələri şeir və musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirin iştirakçıları, həmçinin, Heydər Əliyevin şanlı ömür yolunu təqdim edən maraqlı sərgi ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə