Türkiyənin İğdır Universiteti ilə ATMU arasında əməkdaşlıq müqaviləsi imzalanıb FOTOLAR
Türkiyənin İğdır Universiteti ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, Türkiyə Respublikasının İğdır Universitetinin rektoru cənab Mehmet Hakkı Alma Azərbaycan Turizm və Menecment Universitetində olub. ATMU-nun rektor əvəzi Eldar Aslanov tanışlıq səviyyəsində qonaqa universitetin fəaliyyət tarixi və tədrisin təşkili prosesi barədə məlumat verib. E.Aslanov bir sıra beynəlxalq qurumlarla, o cümlədən Türkiyənin nüfuzlu universitetləri ilə mövcud əlaqələrin səmərəli olduğunu xüsusi vurğulayıb.
ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, görüş zamanı nəzərdə tutulduğu kimi Türkiyənin İğdır və Azərbaycan Turizm və Menecment Univesiteti arasında əməkdaşlıq müqaviləsi və Mövlanə Mübadilə proqramı çərçivəsində daha bir tərəfdaşlıq müqaviləsinə imza atılıb. İkitərəfli razılaşmaya əsasən gələn tədris semesterindən etibarən ATMU-nun müxtəlif ixtisas üzrə fənn müəllimləri tərəfdaş universitetdə mütəmadi olaraq mühazirə-seminarlar aparcaqlar. Tərəfdaşlıq müqaviləsinin şərtlərinə əsasən növbəti tədris semestrindən universitetlərarası tələbə mübadiləsinin icrası nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB