Beynəlxalq təşkilatların rəhbərləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

2017-ci ilin 4-6 may tarixində Bakı şəhərində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda YUNESKO-nun Baş direktoru Irina Bokova, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin, QDİƏT-in Baş katibi Maykl Kristides, İRSİKA-nın Baş direktoru Halit Eren, Ərəb Maqreb Birliyinin Baş katibi Tayeb Bakkos, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov iştirak edəcək. SİA-nın məlumatına görə, 3 gün davam edəcək Forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya və tədbir keçiriləcəkdir. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcəkdir.

Forumun hər iki ildə bir dəfə keçirilməsi və Mədəniyyət və Turizm Nazirliyinin tədbirin əlaqələndirici qurumu müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2011-ci il 27 may tarixli, 432 nömrəli Fərman imzalamışdır.

Forumun rəsmi internet portalı: www.bakuprocess.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...