Mirzə Ələkbər Sabir İstanbulda anılıb FOTOLAR

Mirzə Ələkbər Sabir İstanbulda anılıb FOTOLAR

İstanbulda XX əsr türk dünyasının ən böyük satirik şairlərindən sayılan Mirzə Ələkbər Sabirin 155 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Mirzə Ələkbər Sabir Fondunun dəstəyi ilə gerçəkləşən tədbirdə İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmət Elp şairin poeziyamızdakı xidmətlərindən və onun şeirlərinin ictimai əhəmiyyətinə danışıb.

"Marmara Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun rəhbəri, professor Okan Yeşilot Sabirin həyat və yaradıcılığından danışaraq, onun yaşadığı ictimai-siyasi mühit haqqında geniş məlumat verib.

O.Yeşilot Mirzə Fətəli Axundzadədən, Həsən bəy Zərdabidən başlayan maarifçilik hərəkatına toxunaraq Sabiri yetişdirən mühiti ətraflı şəkildə təhlil edib. "Sabir yazdığı hər şeyi yaşamışdır" deyən natiq şairi düzgün anlamağın vacibliyini qeyd edib.

Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndəsi Xəyyam Daşdəmirov ölkəmizdə Sabirin yaradıcılığına verilən dəyərdən danışaraq böyük şairin yubileylərinin hər zaman silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb.

Tədbirdə rejissor, aktyor Elçin İmanov tərəfindən şairin poeziyasından bir sıra nümunələr səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə