Pantomima Teatrı İslam Həmrəyliyi Oyunlarına tam hazırdır

Pantomima Teatrı İslam Həmrəyliyi Oyunlarına tam hazırdır

Azərbaycan Dövlət Pantomima Teatrı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı maraqlı tamaşalarla çıxış edəcək. Teatrdan SİA-ya bildirilib ki, sənət ocağı bunun üçün beynəlxalq tədbirlə bağlı xüsusi repertuar planı hazırlayıb.

Repertuar planına müasir pantomima nümunələri daxil edilib. Sənət ocağının repertuarında olan "Ağ bığlılar", "Fəlakət və İnsan", "Dejavü", "Unutmayaq" və "Ora-bura" əcnəbi qonaqlara, turistlərə və nüfuzlu beynəlxalq tədbirin iştirakçılarına təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə