Polşanın Krakov şəhərində keçirilən Turizm və Etika üzrə 3-cü Beynəlxalq Konqres öz işinə başlanıb. SİA-nın məlumatına görə, qeyd edirik ki, tədbir Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avrop Komissiyası və Polşa Respublikasının İdman və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə BMÜTT-nin Baş Katibi Taleb Rifai, Polşa Respublikasının idman və turizm naziri Vitold Banka, Krakov şəhərinin meri Yacek Macrovski, BMÜTT-nin icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, eləcə də bir sıra ölkələrin turizm administrasiyaları və turizm şirkətlərinin nümayəndələri, eləcə də beynəlxalq təşkilatlar, QHT-lər və akademik sahə üzrə nümayəndələr iştirak edir. Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyininin Turizm şöbəsinin böyük məsləhətşisi Cavid Abdullayev təmsil edir.
Konqres çərçivəsində turizm sənayesinin rəqabətliliyinin gücləndirilməsi məqsədilə inkluziv turizmin inkişaf perspektivləri, təbii və mədəni resursların effektiv idarə edilməsi modelləri, davamlı turizmin və turizm etikasının sənayenin kompleks inkişafında oynadığı rol, turizmin inkişafında sahibkarlarlığın üzərinə düşən öhdəliklər, uğurlu dövlət-özəl sektor əməkdaşlığına dair nümunələr və bir sıra digər mühüm mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.
Məlumat üçün qeyd edirik ki, tədbir öz işini cari ilin 28 aprel tarixində başa vuracaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB