ATMU-nun tələbəsi Azərbaycandakı Fransız İnstitutunun sertifikatını alıb
Azərbaycandakı Fransız İnstitutunda ölkəmizdəki qurumun direktoru Maurice Rufin, Fransa səfirliyinin əməkdaşı Baptiste Mignon, Azərbaycan Turizm və Menecment Universiteti Təlim mərkəzinin müdiri Lətif Kəngərlinskiy və ATMU-nun bir qrup tələbəsinin iştirakı ilə görüş keçirlib. SİA-nın məlumatına görə, mövcud əməkdaşlıq müqaviləsinin şərtlərinə müvafiq olaraq ali təhsil müəssisəsinin bir neçə tələbəsi bu günlərdə Azərbaycandakı Fransız İnstitutunda fəaliyyət göstərən intensiv fransız dili kursunu uğurla başa vurub.
Görüşün əsas məqsədi məhz tələbələri rəğbətləndirmək,onlara kursu bitirdiklərini təsdiqləyən sertifikat təqdim etmək idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB