Şərbət Rzaquliyev konsert verib FOTOLAR

Şərbət Rzaquliyev konsert verib FOTOLAR

Dağıstanın xalq Azərbaycanın əməkdar artisti mahir klarnet ustası Şərbət Rzaquliyev Dağıstanın Mədəniyyət naziri Ramazan Abdullatifovun dəvəti ilə 3 saatlıq böyük konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, klarnet ustası yay fəsli ərəfəsində istirahət mətkəzlərində konsert verməyə hazırlaşır.

Azərbaycanın xalq çalğı alətləri orkestorunun 30 il solisti olmuş klarnet ustası sohbət əsnasında umu-küsülüyünü də gizlətmədi: "40 ildir mən bu sənətdəyəm. Təəsüf edirəmki hələ də xalq artisti adına layiq görulməmişəm. Düşünürəmki həyatımı sərf etdiyim bu sənət yolunda bu ada layiqəm". Nəzərinizə çatdıraqki Şərbət Rzaquliyev eyni zamanda Dağıstan və Azərbaycan Dostluq cəmiyyətinin prezident köməkçisidir. "Musiqi sərhəd bilmir" deyən klarnet ustası hər iki ölkənin sənət aləmində böyük işlər gördüyünü vurğulayır. Eyni zamanda Xaçmazdakı Əziz Əliyev adına muzeydəki bütün foto stendləri məhz Şərbət müəllim Dağıstandan gətirdiyini söyləyir. Heydər Əliyev adına sarayda konsert vermək arzusunda olan klarnet ustası bunu maddi çətinliklərlə bağlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə