Çingiz Abdullayevlə görüş keçiriləcək

Çingiz Abdullayevlə görüş keçiriləcək

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş keçiriləcək. BMA-dan SİA-ya bildirilib ki, xeyriyyə məqsədli görüşdə yazıçı uğurlarının sirrini, üzləşdiyi çətinlikləri və təcrübələrini iştırakçılarla bölüşəcək.

Diskussiya formatında baş tutacaq tədbir çərçivəsində yazıçıya həsr olunmuş filmin nümayişi də nəzərdə tutulur. Tədbir konsert proqramı ilə davam edəcək.

İştirak etmək istəyənlər biletləri yalnız vebsayt vasitəsilə əldə edilə bilər: http://kassir.az/az/event/ev-738

Bütün xəbərlər Facebook səhifəmizdə