Aprelin 7-dən 13-dək Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyi və Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan bədii plakatı: 1994-2005-ci illər" adlı sərgi açılacaq. Nazirlikdən SİA-ya bildirilib ki, tədbirin açılış mərasimi aprelin 7-də baş tutacaq. Sərgidə Azərbaycanın müstəqillik dövrünün 12 ili ərzində yaradılmış bədii plakat nümunələrinin ən tanınmış əsərləri ictimaiyyətə təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB