Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində yazıçı, Fərman Kərimzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə xalq artisti, "Şöhrət" ordeni laureatı Rasim Balayev, Yazıçılar Birliyinin üzvü, şair Musa Yaqub, əməkdar artist, kinorejissor və aktyor Elxan Qasımov, əməkdar mədəniyyət işçisi, şair Çingiz Əlioğlu, kinorejissor Şeyx Əbdül, Bakı Dövlət Universitetinin filologiya fakultəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının professoru Nizaməddin Şəmsizadə, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, Şadlinski nəslinin nümayəndəsi Eşqin Şadlinski, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə və digər qonaqlar iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB