Bakıda tanınmış rəssamın əsərləri sərgilənib

Bakıda tanınmış rəssamın əsərləri sərgilənib

"Art villa" qalereyasında tanınmış azərbaycanlı rəssam Boris Şetinkinin rəsmlərindən ibarət sərgi açılıb. SİA-nın məlumatına görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan" (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşən sərgi "Start" layihəsi çərçivəsində reallaşıb. Sərgi çərçivəsində fırça ustasının müxtəlif mövzulu zövq oxşayan 35 rəsm əsəri incəsənətsevərlərin ixtiyarına verilib.

Sərgidə rəssamın müxtəlif mövzularda işlədiyi rəsmləri maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə