Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Astara rayon Mədəniyyət Mərkəzində rayonun mədəniyyət müəssisələrinin rəhbərləri və işçilərinin iştirakı ilə müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə çıxış edən Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli yeni yaradılmış idarə haqqında ətraflı məlumat vermiş, idarənin fəaliyyət istiqamətləri və gələcək fəaliyyəti barədə danışmış, mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən söz açmış, problemlər və görüləcək işlər haqqında ətraflı çıxış edib.
Görüşdə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov çıxış edərək Astara rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri haqqında məlumat verib.
Sonra qarşıda duran məsələlərin müzakirəsi aparılmış, müəssisələrdə əmək intizamı qaydalarına ciddi əməl edilməsi, keçirilən tədbirlərin keyfiyyətinin artırılması, kadrların bilik və bacarıqlarının yoxlanılması, ixtisaslı kadrlara üstünlük verilməsi, müəssisələrdə olan problemlər və digər məsələlər müzakirə edilib.
Sonda İdarə rəisi müəssisə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və mədəniyyət müəssisələri arasında iş və təcrübə mübadilələrinin aparılmasına dair tapşırıqlar verib.
Müşavirədən sonra Astara rayon Mədəniyyət Mərkəzi, Astara Dövlət Rəsm Qalereyası, Astara rayon Heydər Əliyev Mərkəzi, Astara rayon Uşaq Musiqi Məktəbi, Astar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Astara Tarix-Diyarşünaslıq muzeyi ilə tanışlıq olub. Mövcud problemlər və təkliflər dinlənilib, müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB