Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası və ölkəmizdə fəaliyyət göstərən alman şirkətlərinin iştirakı ilə müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə almanların Azərbaycanda məskunlaşması və fəaliyyəti müxtəlif millətlər arasında qarşılıqlı anlaşma və birgəyaşayışın bariz nümunəsi kimi qiymətləndirilərək, onlar tərəfindən yaradılan irs ölkəmizdəki multikultural mədəni irsin bir hissəsi olaraq nəzərdən keçirilib.
Ölkəmizdə mövcud olan alman izlərinə, alman mədəni irsinə, verilən dəyər və onların qorunması istiqamətində görülən və həyata keçirilməsi planlaşdırılan işlər barədə məlumat verilib.
Mədəniyyət və turizm naziri Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin 2016-2017-ci illər üçün YUNESKO-nun əlamətdar hadisələrin və görkəmli şəxslərin yubileyləri proqramına daxil edilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam barədə danışıb.
Əlamətdar yubileyin qeyd olunması istiqamətində Nazirliyin təkliflərini müşavirə iştirakçılarının diqqətinə təqdim edən Əbülfəs Qarayev sözügedən tədbirlərin həyata keçirilməsində Səfirlik, Palata və alman şirkətlərini əməkdaşlığa dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB