Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev mart ayında İngiltərədə konsert proqramları ilə çıxış edəcək. SİA-nın məlumatına görə, istedadlı musiqiçi martın 1-də Londonda Kral Musiqi Kollecində "Open Day" konsertində çıxış edəcək. C.Əliyevin martın 4-də Mançesterdə, martın 22-də Londonda "James’ Piccadilly" kilsəsində, habelə İlinqdə "St Mary’s Perivale" kilsəsində solo konserti olacaq. Azərbaycanlı musiqiçi martın 25-də isə Londonda "St Michael & All Angels" kilsəsində çıxış edəcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB