“YARAT”dan “Rəssamla tanışlıq”

“YARAT”dan “Rəssamla tanışlıq”

"YARAT" Müasir İncəsənət Mərkəzində "Rəssamla tanışlıq" adlı yeni layihə təqdim ediləcək. SİA-nın məlumatına görə, ilk tədbirin qonağı Azərbaycanın Xalq Rəssamı, dəzgah qrafikası ustası, plakatçı və kitab tərtibatçısı Arif Hüseynovdur. Görüş "Müasir miniatür sənəti" mövzusuna həsr olunacaq. Layihənin məqsədi iştirakçıları müasir rəssamların istifadə etdikləri yeni texnologiya və materiallarla yaxından tanış etməkdir. Layihə çərçivəsində dəvət olunmuş sənətkarlar öz şəxsi təcrübələrini və peşəkar sirlərini bölüşəcəklər.

Proqramın praktiki hissəsində rəssamın rəhbərliyi altında onun metodologiyasına uyğun olaraq hər bir iştirakçı sadə çalışmaları yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə