YAP Səbail rayon təşkilatı hesabat-seçki iclası keçirib FOTOLAR

YAP Səbail rayon təşkilatı hesabat-seçki iclası keçirib FOTOLAR

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının hesabat-seçki iclası keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri, YAP Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının sədri Yaşar Əliyev iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verdi. Sonra Yaşar Əliyevin ərazi təşkilatının ötən dövr ərzində fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinlənilib.

Şöbə müdiri məruzədə ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğıdan, xalq qarşısında tarixi xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, ölkəmizdə neft strategiyasından kənd təsərrüfatınadək aparılan böyük siyasətin prioritetləri məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.

Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətinin dünyada yüksək səviyyədə təbliğ olunmasının bünövrəsini də ümummilli lider qoyub. O, istər sovet dövründə, istərsə də müstəqillik illərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Hazırda Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Bu uzaqgörən siyasətin nəticəsində Azərbaycan regionun və dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev çıxış edərək, inkişaf edən ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərdə yarandığı gündən Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının rolundan bəhs etdi. 1992-ci ildə təsis edilmiş Yeni Azərbaycan Partiyasının ağır, çətin sınaqlardan uğurla çıxdığı, Azərbaycan Respublikasının müstəqilliyinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qorunub- saxlanıldığı vurğulandı. Bildirildi ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın sıralarının genişlənərək, 700 minə çatması bu partiyaya xalqın inamının bariz nümunəsidir. M.Nağıyev YAP ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirib.

Çıxışlardan sonra gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib. Partiya üzvləri də öz fikir və rəylərini bildiriblər.

İclasda Yaşar Əliyev yenidən YAP Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının sədri seçilib. Bununla yanaşı, sədr müavini və idarə heyətinin üzvləri, YAP Səbail rayon təşkilatının XI konfransına ilk partiya təşkilatından 3 nəfər nümayəndə müəyyən olunub.

Daha sonra YAP sıralarına daxil olmaq arzusunda olan gənclərin müraciətlərinə baxıldı və müvafiq qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə