Martın 3-dən 5-dək Böyük Teatrda Nikolay Rimski-Korsakovun "Çar gəlini" operası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, martın 3-də və 5-də bu səhnə əsərində Qriqori Qriqoryeviç Qryaznoyun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", Sergey Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", Jorj Bizenin "Karmen", Modest Musorqskinin "Boris Qodunov", Cüzeppe Verdinin "Traviata", "Don Karlos", Aleksandr Borodinin "Knyaz İqor" operalarında, İohan Ştrausun "Yarasa" operettasında yaddaqalan obrazlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB