Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olub. SİA-ya səfirlikdən verilən məlumata görə, Mərkəz rəhbəri kitabxananın direktoru Şəhla Qəmbərova ilə görüşüb. Kitabxana haqqında məlumat verən direktor əməkdaşlıq məqsədi daşıyan görüş zamanı kitabxananın yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, xarici ölkə kitabxanaları ilə birgə layihələrdən bəhs edib.
Uşaq ədəbiyyatının inkişafının vacibliyini vurğulayan tərəflər, bu sahənin inkişafı üçün bir sıra layihələri həyata keçirmək məqsədilə təkliflər irəli sürüblər. Təkliflər arasında Respublika Uşaq Kitabxanasında Misir Uşaq Kitabı həftəsinin keçirilməsi, kitabxanada uşaqlar üçün Misir mədəniyyətini əks etdirən sərgilərin təşkili, Misir uşaq nağıllarının və hekayələrinin Azərbaycan dilinə tərcümə olunması, Nağıl saatlarında Misir nağıllarının oxunması və s. müzakirə olunub.
Sonda mərkəzin rəhbəri Əhməd Sami Elaydi Misir uşaq ədəbiyyatından 60 nüsxə kitabı kitabxanaya hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB