Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Bildiririk ki , cari ilin fevral ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 2 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilmişdir.
1. "Qalaaltı Hotel & Spa" - 5 ( beş) ulduz
2. "Joyy Hotel & Spa" - 4 (dörd) ulduz
Qeyd edirik ki, hal-hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatmışdır. Təsnifatdan keçmiş mehmanxanaların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.
http://mct.gov.az/upload/1486554083ulduz-alan-mehmanxanalar.pdf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB