Dövlət Mahnı Teatrının səhnəsində iki maraqlı tamaşa

Dövlət Mahnı Teatrının səhnəsində iki maraqlı tamaşa

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Samuel Marşakın "Pişiyin evi" nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunub. Teatrdan SİA-ya bildirilib ki, rejissor Ella Hacıyevanın quruluşunda təqdim olunan tamaşa balacalar tərəfindən maraqla qarşılanıb.

Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələr üzərində qurulub. Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə əsəri kiçik və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Sənət ocağı çoxsaylı müraciətləri nəzərə alaraq yanvarın 29-da E.Hacıyevanın quruluşunda "Şahzadə və qurbağa" balet-tamaşası ilə yenidən balacaların görüşünə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə