Yanvarın 19-da Sumqayıt Dövlət Dram Teatrında Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası oynanılacaq. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədovdur. Tamaşada Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və qəhrəmancasına döyüşlərdə həlak olmasından bəhs edir. Əsərin əsas ideyası igid əsgərlərimizi mənfur ermənilərin törətdikləri vandalizmə qarşı ayıq-sayıq olmağa səsləyir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB