Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "Azərbaycanfilm"in istehsal etdiyi "Yarımçıq xatirələr" bədii filmi nümayiş olunacaq. SİA-nın məlumatına görə, fondun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində keçiriləcək tədbirdə filmin rejissoru Elxan Cəfərov və filmdə çəkilən aktyorlardan bir neçəsi iştirak edəcək. Əsas çəkilişləri Belarusda - Brestdə, Minskdə və Vileyka qəsəbəsində aparılan film 1941-ci ildə Brest qalası uğrunda döyüşmüş və 50 ildən sonra doğma Dağlıq Qarabağın erməni işğalçılarından müdafiəsinə qalxmış bir döyüşçünün taleyindən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB