Rumıniyanın Mədəniyyət Günü Bakıda qeyd ediləcək

Rumıniyanın Mədəniyyət Günü Bakıda qeyd ediləcək

Rumıniyalılar hər il 15 yanvar tarixini Milli Mədəniyyət Günü kimi qeyd edirlər. SİA-ya Rumıniyanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, bu tarixin ölkənin mədəniyyət günü kimi seçilməsinin xüsusi önəmi var.

Belə ki, həmin tarixdə Rumıniyanın dahi şairi Mihai Eminesku anadan olub. Rumıniya poeziyasının "dan ulduzu" adlandırılan Eminesku müasir rumın dilinin formalaşmasına verdiyi üstün töhfələrinə görə bu gün də ölkənin mədəniyyətində mükəmməlliyin əsas simvolu olaraq qalır. O, bütün əsərləri – poemaları, romanları, qısa hekayələri və nəşrləri ilə 19-cu əsrin ikinci yarısında iyirmi il boyunca Rumıniya xalqının yaradıcı dahisi və reallaşmayan potensialının təzahürü hesab edilirdi. Milli Mədəniyyət Günü bayramlarının qeyd edilməsi Rumıniya mədəniyyətinin dünyaya açılmasını, bütün dünya ölkələri və xalqları ilə mədəniyyət bağlarının gücləndirilməsi üçün dəyərli müstəvidən çıxış edərək yeni növ ədəbi cərəyanların inkişafına töhfələr verməsini bir daha sübut edir.

Səfirlik Milli Mədəniyyət Gününü Corce Eneskunun Bakıdakı abidəsi önündə qeyd edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə